İlham Mirzəyev həbsdən çıxandan sonra ilk dəfə efirdə – FOTO + VİDEO
Aparıcı İlham Mirzəyev həbsxanadan çıxdıqdan sonra ilk dəfə efirdə qonaq olub.
Aznews.info-un Axşam.az-a istinadən məlumatına görə, o, ATV-də yayımlanan “Geriyə baxanda” verilişində sualları cavablandırıb.
İ.Mirzəyev həbsdə olduğu müddətdə dünyasını dəyişən tanınmışlardan söz açıb:
“Məni ən çox yandıran Zəlimxan Yaqubun vəfatı oldu. İstəyərdim, həmin an onun yanında olum, mənə həmdəm olub. Bu günə kimi onun ailəsinə başsağlığı verə bilməmişəm. Dilim gəlmir, bu sözü deyim. Xanım Qafarovanın, Habil Əliyevin rəhmətə getməyi məni çox sarsıtdı. Sonda isə mənim dostum İlhamə Quliyevanın vəfatına pis oldum. Elə xatirələrimiz var ki, onu heç onun yaxınları da bilmir. Həmişə bizim stolun başında oturub. Hələ də məzarına getməmişəm. Yenidən ayağa qalxıb, bu mühitə adaptasiya olmaq mənim üçün çətindir. Çox həssas bir insanam. Özümü hazırlayıram, adını sadaladıqlarım insanların məzarına gedib, ziyarət edəcəyəm”.
Xatırladaq ki, İ.Mirzəyev 2014-cü il aprelin 11-də dələduzluq ittihamı ilə həbs olunmuşdur. Aparıcı bu ilin iyununda azadlığa çıxıb.
Mənbə:> Axşam.az