Sabahdan yağış səngiyəcək » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Sabahdan yağış səngiyəcək

Sabahdan yağış səngiyəcək

Noyabrın 3-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Virtualaz.org Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən bildirir ki, gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək. Havanın temperaturunun yarımadada gecə 5-7, gündüz 9-13, Bakıda gecə 5-7, gündüz 10-12° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında isə sabah hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi şərq rayonlarında yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3-8, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti olacaq.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *