İtaliyada güclü zəlzələ – YENİLƏNİB
İtaliyanın mərkəzində qeydə alınan 5,4 bal gücündə yeraltı təkanlardan sonra 6,2 bal gücündə daha bir zəlzələ baş verib.
Oxu.Az-ın məlumatına görə, bu barədə RİA Novosti nəşri yerli telekanallara istinadən xəbər verir.
Yeraltı təkanların episentri Peruca və Maçerata şəhərləri arasında olub.
21:42
İtaliyada 5,4 bal gücündə zəlzələ baş verib.
Lenta.ru-nun məlumatına görə, bu barədə La Stampa nəşri yazır.
Yeraltı təkanlar yerli vaxtla 19:11-də qeydə alınıb.
Zəlzələ ölkənin mərkəzi regionlarında - Peruca, Ankona, Fabriano, Pezaro və Romada hiss olunub.
Dağıntılar, xəsarət alanlar və ölənlər barədə hələlik heç bir məlumat yoxdur.
Mənbə:> lenta.ru