Goranboyda çay daşdı, evlərə ziyan dəydi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

Goranboyda çay daşdı, evlərə ziyan dəydi – VİDEO

Goranboyda çay daşdı, evlərə ziyan dəydi


Güclü yağışlar Goranboy rayonunda fəsadlara yol açıb.

Oxu.Az ARB Kəpəz TV-yə istinadən xəbər verir ki, Qaraçay və Goran çayının məcrasından çıxması daşqına səbəb olub.

Nəticədə ona yaxın yaşayış məntəqəsini su basıb. Evlərin həyətyanı sahələri ilə yanaşı, kənd təsərrüfatına da ziyan dəyib, ev quşları tələf olub. Fəsadların aradan qaldırılması üçün əraziyə texnikalar cəlb edilib. Adıçəkilən çaylardakı sel suları nəzarət altına alınıb.

Rayon Fövqaladə Hallar Komissiyası sel sularından zərər görən yaşayış məntəqələrinə dəyən ziyanın miqyasını araşdırır.


Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *