Qurban Qurbanov: Vacib olan statistika yox, qələbə idi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Futbol

Qurban Qurbanov: Vacib olan statistika yox, qələbə idi

Qurban Qurbanov: Vacib olan statistika yox, qələbə idi


“Vacib qələbə oldu. Bu oyunun mahiyyətini hər kəs başa düşürdü və hamı meydanda sona qədər mübarizə apardı. Futbolçuların hər birinə sağ ol deyirəm ki, azarkeşlərə qələbə bəxş etdilər. PAOK son üç oyunda məğlub olmurdu. Vacib olan isə statistika yox, qələbə idi. Cavab oyunundan çox şey asılı olacaq”.

Aznews.info Report-a istinadən xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Q.Qurbanovun sözlərinə görə, rəqib futbolçular bizim oyunçulara çox yaxın oynayırdılar.

“Qol imkanları oldu. İkinci hissədə rəqib hücumların sayını artırdı. Biz isə boşluqlardan yararlanmağa çalışdıq. Əsas oyun üslubumuzu qoruya bildik. Səhvlərimiz oldu. Amma daha sonra topu ələ keçirə bilirdik. Xal fərqi göz qabağındadır. Ümumilikdə üstünlük PAOK-dadır. Çünki onlar iki oyunu evdə, biz isə səfərdə oynayacağıq. Amma lazımi nəticəni əldə etməyə çalışacağıq”.

Mənbə: Report.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *