İsmayıllıda traktor aşıb, ölən var » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

İsmayıllıda traktor aşıb, ölən var

İsmayıllıda traktor aşıb, ölən var


Qəbələ-İsmayıllı yolunda ağır avtomobil qəzası baş verib, bir nəfər ölüb, bir nəfər xəsarət alıb.

Aznews.info-un APA-ya istinadən məlumatına görə, hadisə ötən gecə Qəbələ-İsmayıllı yolunun 9-cu kilometrliyində, İsmayıllı rayonunun Qurbanəfəndi kəndi ərazisində qeydə alınıb.

İsmayıllı rayonu Qurbanəfəndi kənd sakini, 1993-cü il təvəllüdlü Sərdarov Belək Cəmaləddin oğlu idarə etdiyi traktoru yolun kənarındakı kafeyə tərəf dönmək istəyərkən traktor çökəkliyə aşıb.

Nəticədə sürücü Belək Sərdarov ağır xəsarət alıb, onun sərnişini, həmkəndlisi, 1994-cü təvəllüdü Cabbarlı Nurlan Marif oğlu isə aşan traktorun altına düşüb və hadisə yerində dünyasını dəyişib. Qapalı kəllə-beyin travması alan sürücü İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *