Qəbələni sel basdı: məşhur otelin qonaqları təxliyyə olundu » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Video

Qəbələni sel basdı: məşhur otelin qonaqları təxliyyə olundu – VİDEO

Qəbələni sel basdı: məşhur otelin qonaqları təxliyyə olundu


Qəbələyə yağan şiddətli yağışlar nəticəsində şəhərin şimal hissəsini, eləcə də dağətəyi əraziləri sel basıb.

ARB Şəki xəbər verir ki, güclü leysan bir sıra fəsadlar yaradıb. Qəbələdə leysan yağışları nəticəsində “Qafqaz Resort Hotel”i sel basıb. Otelin işçiləri və qonaqlar təxliyyə olunub. İşçi heyətinə qeyri-müəyyən vaxta qədər işə gəlməmələri bildirilib.

Selin gətiridiyi gil və çınqıl yolları tanınmaz hala salıb, hasarlar dağılıb. Sel nəticəsində otellərdən birinin həyatyanı sahəsinə də ciddi ziyan dəyib və 5 kotec yararsız hala düşüb. Yollarda hazırda ağır texnikanın köməkliyi ilə fəsadların aradan qaldırılması işləri aparılır, ərazi sel sularının gətirdiyi tullantılardan təmizlənir.

Hazırda dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər gedir. Artıq komissiya da yaradılıb və dəymiş ziyanın miqdarı müəyyənləşdirilir.

Otelin işçiləri və qonaqlar təxliyyə olunub.

İşçi heyətinə qeyri-müəyyən vaxta qədər işə gəlməmələri bildirilib.


Mənbə: ARB TV
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *