Prezidentdən nazirlə bağlı sərəncam
Prezidentdən sabiq nazirlə bağlı sərəncam - Ali hərbi rütbədən və dövlət təltiflərdən məhrum olundu
Prezident İlham Əliyev Naxçıvan MR Hərbi Məhkəməsində sabiq milli təhlükəsizlik naziri Vəli Ələsgərovun ali hərbi rütbədən və dövlət təltiflərindən məhrum edilməsi haqqında sərəncam imzalayıb.
Reportyor.tv xəbər verir ki. sərəncamda deyilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Vəli Məmiş oğlu Ələsgərovun ağır cinayətlər törətdiyinə görə məhkum edilməsi barədə məhkəmə hökmünün qanuni qüvvəyə minməsini və Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin təqdimatını əsas götürərək qərara alıram:
1. Vəli Məmiş oğlu Ələsgərov general-leytenant ali hərbi rütbəsindən, 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordenindən, "Hərbi xidmətlərə görə” və "Vətən uğrunda” medallarından məhrum edilsin.
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Mənbə:> azerinfo.az