MTRŞ: Analoq yayımın dayandırılmasından sonra əhalinin çətinliklə üzləşmə ehtimalı yoxdur » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Media

MTRŞ: Analoq yayımın dayandırılmasından sonra əhalinin çətinliklə üzləşmə ehtimalı yoxdur

MTRŞ: Analoq yayımın dayandırılmasından sonra əhalinin çətinliklə üzləşmə ehtimalı yoxdur


“Analoq yayımın dayandırılmasından sonra əhalinin çətinliklə üzləşməsi ehtimalı mövcud deyil”.

Aznews.info xəbər verir ki, bunu Report-a açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Toğrul Məmmədov deyib.

O xatırladıb ki, artıq bir neçə ildir ölkədə rəqəmli yayım analoq yayımla paralel yayımlanır:

“Demək olar ki, 2011-ci ildən rəqəmli yayım analoq yayımla paralel yayımlanır. Əhalinin əksər hissəsi kabel şəbəkəsi, peyk antenalarından və yeni nəsil televizorlardan istifadə edir”.

Qeyd edək ki, Milli Televiziya və Radio Şurasının 27 sentyabr tarixli 10 saylı qərarına uyğun olaraq, 1 noyabr 2016-cı il tarixdən Bakı şəhəri və Abşeron yarımadasında analoq TV yayımı dayandırılacaq.

Növbəti mərhələdə – 1 dekabr 2016-cı il tarixdən digər bölgələrdə də analoq TV yayımının dayandırılması həyata keçiriləcək.

MTRŞ televiziya tamaşaçılarından mövcud analoq TV qəbulediciləri vasitəsilə rəqəmli TV yayımının izlənməsi üçün tələb olunan zəruri avadanlığın - dekoderlərin (“Set-Top-Box”ların) əldə olunmasını xahiş edib.

Mənbə: Report.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *