AzTV-nin aparıcısının evini yardılar » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Kriminal

AzTV-nin aparıcısının evini yardılar

AzTV-nin aparıcısının evini yardılar


Bakıda jurnalistin evindən oğurluq olub.

Aznews.info Report-a istinadən xəbər verir ki, ötən gün axşam saatlarında jurnalist Aydın Piriyevin Yasamal rayonunda yerləşən mənzilindən oğurluq edilib.

Zərərçəkənin sözlərinə görə, oğru və ya oğrular onun mənzilinə pəncərəni sındıraraq daxil olub.

Mənzildən qızıl-zinyət əşyaları, noutbuk və qol saatları oğurlanıb.

A.Piriyev faktla bağlı Yasamal Rayon Polis İdarəsinə müraciət edib. Araşdırma aparılır.

Qeyd edək ki, A.Piriyev AzTV-də yayımlanan “Parlaq Zəka” verilişinin aparıcısı və layihə rəhbəridir.

Mənbə: Report.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *