Onlarla həkim sertifikasiya imtahanından keçə bilməyib
Səhiyyə Nazirliyinin 5 oktyabr tarixində keçirilmiş sertifikasiya imtahanının nəticələri açıqlanıb.
Aznews.info-un APA-ya istinadən xəbərinə görə, imtahanda 168 həkim iştirak edib, onlardan 31-i imtahandan keçə bilməyib.
Qeyd edək ki, 2016-cı ilin yanvar ayından etibarən sertifikasiya imtahanı bir mərhələdə keçirilir. İmtahanda müsahibə mərhələsi aparılmır. Sertifikasiya imtahanının sualları 2 müxtəlif variantda 60 test və 5 klinik tapşırıq olmaqla, iki hissəyə (test və klinik tapşırıq) bölünür.
Mənbə:> APA