Allahşükür Paşazadə Azərbaycana gələn bəzi turistlərdən narazıdır
“Azərbaycana turist kimi gələn, amma dini məsələlərə qarışan qonaqlar diqqətdə saxlanılmalıdır”.
Aznews.info Report-a istinadən xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə deyib.
Onun sözlərinə görə, gələn qonaq sakitcə məsciddə namaz qılıb gedərsə, bu, problem deyil:
“Amma elə qonaqlar olur ki, dini işlərə qarışır. Təriqət məsələlərini qabartmaq və qarışıqlıq salmaq istəyirlər. Buna yol vermək olmaz. Onlar Azərbaycanda qarışıqlıq salmaqla fəlakətə səbəb olacaqlarsa, gətirdikləri sərmayə lazım deyil”.
Mənbə:> Report.az