Sabaha olan hava proqnozu açıqlandı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Sabaha olan hava proqnozu açıqlandı

Sabaha olan hava proqnozu açıqlandı


Sentyabrın 26-da Bakıda və Abşeron yarımadasında, eləcə də respublikanın bölgələrində gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Oxu.Az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin günün birinci yarısında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.

Gündüz cənub küləyi əsəcək. Havanın temperaturu gecə 15-18° isti, gündüz 20-24° isti, Bakıda gecə 15-17° isti, gündüz 21-23° isti olacağı gözlənilir. Atmosfer təzyiqi norma daxilində 760 mm. civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 60-70 % təşkil edəcək.

Azərbaycanın rayonlarında gözlənilən hava, əsasən yağmursuz olacaq. Səhər ayrı-ayrı yerlərdə duman olacağı, şərq rayonlarında qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15° isti, gündüz 21-26° isti, dağlarda gecə 2-7° isti, gündüz 11-16° isti olacağı gözlənilir.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *