Məşhur iş adamından hamilə olan müğənni: "Bic doğmuram ki…"
Müğənni Şəbnəm Tovuzlu iş adamından hamilə olması barədə yayılan məlumatlara aydınlıq gətirib.
AzNews.info xəbər verir ki, sənətçi açıqlamasında məlumatları təkzib edib: "Mən bütün günü efirlərdə və tədbirlərdəyəm. Hamı məni görür. Necə hamiləyəm ki, onu görən, bilən yoxdur? Elə bir şey olsa sevinərəm, Allaha şükür "bic” doğmuram ki... Ana olmaq böyük duyğudur, təbii ki, hamilə olsam açıqlayacağam. Onu da deyim ki, ana olmaq fikrim var”.
Şəbnəm Tovuzlu uzun müddətdir ki, hamilə qaldığı deyilən iş adamından ayrıldığını vurğulayıb: "Biz hardasa 5 il ailə kimi yaşamışıq, rəsmi nikahda deyildik. Sözümüz düz gəlmədi. Bir ildir ki, ayrılmışıq. ”
Mənbə:> Xalqxeber