Zaqataladakı Heydər Əliyev Mərkəzi fəaliyyət istiqamətlərini genişləndirir » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Mədəniyyət

Zaqataladakı Heydər Əliyev Mərkəzi fəaliyyət istiqamətlərini genişləndirir

Zaqataladakı Heydər Əliyev Mərkəzi fəaliyyət istiqamətlərini genişləndirir


AzNews.info xəbər verir ki Zaqatala şəhərində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzi Ulu Öndərin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin öyrənilməsində, zəngin irsinin tədqiqi və təbliğində böyük rol oynayır.

2008-ci ildən fəaliyyət göstərən Mərkəz 2015-ci ilin noyabrında çox gözəl və cəlbedici arxitekturası olan yeni binaya köçüb. Mərkəzin yeni binasının açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib. Ümumi sahəsi 2765 kvadratmetr olan ikimərtəbəli binada müxtəlif təyinatlı bölmələr fəaliyyət göstərir. Birinci mərtəbədəki Heydər Əliyev Muzeyində Ulu Öndərin zəngin həyat yolu və çoxşaxəli fəaliyyətinin bütün dövrləri barədə ətraflı məlumat almaq mümkündür. Binada, həmçinin 350 yerlik akt və 44 yerlik konfrans zalları, elektron kitabxana, kinozal, dərnək, fotostudiya, poliqrafiya emalatxanası və digər otaqlar fəaliyyət göstərir. Mərkəzin direktoru Famil Rəhimov tərəfindən verilən məlumata görə Ümummilli Liderin zəngin irsinin öyrənilməsi məqsədi ilə 2014-2015-ci illərdə Mərkəzdə açıq tarix dərslərinin keçirilməsi rayon ictimaiyyəti, təhsil işçiləri və ziyalılar tərəfindən böyük rəğbətlə qarşılanıb. Bu dərslərdə ümumilikdə rayonun 49 tam orta məktəbində təhsil alan 1227 nəfər XI sinif şagirdi iştirak edib. Açıq dərslər bütün həyat və fəaliyyətini öz xalqının xoşbəxtliyinə həsr edən dahi rəhbərin Azərbaycanın inkişafı və tərəqqisi naminə gördüyü nəhəng işlərin gənclərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyıb. Yeni ailə quran gənclərin nikah mərasimlərinin Heydər Əliyev Mərkəzində keçirilməsi də artıq gözəl bir ənənəyə çevrilib. Mərkəzin direktorunun bildirdiyinə görə, bu ənənənin əsası 2014-cü ilin aprelində qoyulub. Həmin vaxtdan indiyədək Mərkəzdə 724 nikah mərasimi olub. Yeni ailə quran gənclər nikah aktının imzalanması mərasiminin Heydər Əliyev Mərkəzində keçirilməsini gələcək ailə həyatlarının ən xoşbəxt anı kimi qiymətləndirirlər. Keçirilən bütün nikah mərasimlərinin foto və videogörüntüləri Mərkəzin fondunda saxlanılır. Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzi öz gündəlik fəaliyyətində uşaq, yeniyetmə və gənclərin hərtərəfli inkişafına, istedadlarının üzə çıxarılmasına, onlarda vətənpərvərlik hislərinin yüksəldilməsinə də xüsusi diqqət ayırır. Hazırda Mərkəzdə fəaliyyət göstərən rəqs, rəsm, gitara, gənc fotoqraf, dekorativ tikmə və toxuculuq, xalçaçılıq dərnəklərində hər gün onlarla yeniyetmə və gənc məşğul olur. Xalçalıq dərnəyi rayonda bu qədim el sənətinin yaşadılması və inkişaf etdirilməsində mühüm rola malikdir. Şübhə yoxdur ki, Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzi gələcəkdə də yetişməkdə olan gənc nəslin doğma Vətənimizə layiqli vətəndaş kimi formalaşmalarına layiqli töhfə verəcək.

Zaqataladakı Heydər Əliyev Mərkəzi fəaliyyət istiqamətlərini genişləndirir
Zaqataladakı Heydər Əliyev Mərkəzi fəaliyyət istiqamətlərini genişləndirir
Zaqataladakı Heydər Əliyev Mərkəzi fəaliyyət istiqamətlərini genişləndirir
Zaqataladakı Heydər Əliyev Mərkəzi fəaliyyət istiqamətlərini genişləndirir

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *