Nyu-Yorkda partlayışda ilk şübhəli üzə çıxdı – FOTO
Nyu-Yorkda Manhettendə partlayışın ilk şübhəlisi üzə çıxdı.
Oxu.Az xəbər verir ki, bu barədə “Sputnik” şəhərin meri Bill De Blazioya istinadən məlumat yayıb.
Merin sözlərinə görə, hücumda 28 yaşlı ABŞ vətəndaşı Ahmaj Xan Rahami şübhəli bilinir.
Daha öncə ABŞ-ın hüquq-mühafizə orqanlarından Nyu-York və Nyu-Cersidə fəal terror qurumunun fəaliyyət göstərə biləcəyinə dair bəyanat verilmişdi.
Sentyabrın 18-də Nyu-Yorkda Manhettendə partlayış baş verib, nəticədə 29 nəfər xəsarət alıb.
Daha bir partlayış Nyu-Cersi ştatında baş verib. Bundan başqa Nyu-Cersi ştatının Elizabet şəhərinin dəmir yolu stansiyasında içində bir neçə partlayıcı qurğunun olduğu şübhəli bağlama aşkar edilib. Mer Kris Bollveycin sözlərinə görə, qurğulardan biri robot polis tərəfindən zərərsizləşdirilərkən partlayıb.
Mənbə:> Oxu.az