Azərbaycanda məhbus ölüb
Azərbaycanda məhkum ölümü baş verib.
Aznews.info-un APA-ya istinadən məlumatına görə, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 10 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Novruz Novruzov qəfildən dünyasını dəyişib.
Jurnalist Əvəz Zeynalı bildirib ki, N.Novruzovla bir yerdə həbsdə olub:
“Çox sağlam adam idi. Onun qəfil ölümü mənə çox pis təsir etdi”.
Qeyd edək ki, N. Novruzov narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilərək 11 il müddətinə azadlıqdan məhrum edilibmiş.
Mənbə:> Oxu.az