ANS-in vəsatəti təmin edildi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Kriminal, Media

ANS-in vəsatəti təmin edildi

ANS-in vəsatəti təmin edildi


Hakim prosesi sentyabrın 9-na təyin edib.

Bu gün 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində “ANS ÇM Yayım və Media” Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı iddiası üzrə məhkəmə prosesi davam etdirilib.

AzNews.info APA-ya istinadən xəbər verir ki, hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən prosesdə ANS-in vəkili Raqif Mustafayev iddianın başqa hakimin icraatına verilməsi ilə bağlı vəsatət qaldırıb.

Vəsatət təmin olunub, iş Müseyib Bayramovun icraatına verilib.

Proses Müseyib Bayramovun sədrliyi ilə keçirilib.

Hakim işlə tanış olmadığını əsas gətirərək prosesi sentyabrın 9-na təyin edib.

Qeyd edək ki, ötən həftə keçirilən hazırlıq iclasında hakim qərarla tanış olmaq üçün ANS-ə vaxt verib.

Xatırladaq ki, MTRŞ-nın 18 iyulda keçirilmiş iclasında “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 23.2.8-ci maddəsinin tələbinə uyğun olaraq “ANS ÇM Yayım və Media” Şirkətinə 25 oktyabr 2013-cü il tarixdə verilmiş TR 100 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə qərar qəbul edilib. Yayım zamanı bir neçə dəfə qanunvericiliyin tələblərinin pozulması halları əsas götürülərək ANS ÇM radiosunun xüsusi razılığı (lisenziya) ləğv olunub.

“ANS ÇM Yayım və Media” Şirkəti dəymiş maddi və mənəvi ziyana görə MTRŞ-dən 1 milyon manat təzminat tələb edir.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *