Səhiyyə Nazirliyi rüşvət iddiasına münasibət bildirib » AzNews.info -Xəbər portalı

Səhiyyə Nazirliyi rüşvət iddiasına münasibət bildirib

Səhiyyə Nazirliyi rüşvət iddiasına münasibət bildirib


M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi bu səhiyyə qurumunun kardiologiya şöbəsinin baş tibb bacısının xəstənin yaxınlarından pul tələb etməsi iddiasına münasibət bildirib.

AzNews.info xəbər verir ki, mərkəzdən report-un sorğusuna cavab verilib.

Bildirilir ki, şikayətçinin iddia etdiyi hadisə 6-7 ay bundan əvvəl olub:

“Həmin şəxsə onlardan rüşvət alınmadığı bildirilib. Əgər yenə də hər hansısa narazılığı varsa, o zaman aidiyyəti qurumlara müraciət edə bilərlər. Çünki, bu, onun vətəndaşlıq hüququdur”.

Səhiyyə Nazirliyi də öz növbəsində şikayətçinin məhkəməyə müraciət etməsini tövsiyə edib.

Qeyd edək ki, övladını adıçəkilən mərkəzdə ürəyindən əməliyyat etdirən Amil Hüseynov əməliyyatdan sonra şöbənin baş tibb bacısı Sevil Abışovanın onlardan dəfələrlə pul istədiyi barədə mətbuatda çıxış edib.

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *