Ali məktəblərdə 16 faizdən çox yer boş qalıb » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Təhsil

Ali məktəblərdə 16 faizdən çox yer boş qalıb

Ali məktəblərdə 16 faizdən çox yer boş qalıb


Oxu.Az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) verilən məlumata görə, 2016/2017-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul üçün 41736 yer ayrılıb.

Müsabiqədə iştirak etmiş abituriyentlərdən 34771 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub. 12315 nəfər dövlət sifarişi əsasında, 22456 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

Bu il Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Bakı Ali Neft Məktəbi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının plan yerləri tam, Azərbaycan Turizm və Menecment Universiteti, Milli Aviasiya Akademiyası, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, Azərbaycan Dövlət İqtisad Universiteti, Naxçıvan Müəllimlər İnstitutunun plan yerləri isə 95 faiz və daha çox dolub.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *