“Pokemon Go” 200 milyon dollar qazanc gətirib
Mobil telefon oyunu “Pokemon Go” ilk ay ərzində müəllif şirkətinə 200 milyon dollar qazanc gətirib.
AzNews.info Trend-ə istinadən xəbər verir ki, bu barədə “Sensor Tower” analitik şirkətinin məlumatında deyilir.
Oyun satışa iyulun 6-sı çıxarılıb. “Sensor Tower” qeyd edir ki, oyunun satışları Yaponiya bazarına çıxarılandan sonra daha da sürətlənib. Hitə çevrilən “Pokemon Go” populyarlıqda bütün digər mobil internet əlavələrini, üstələyib – “Candy Crush” və “Clash Royale” oyunlarını. Məsələn, “Clash Royale” ilk 30 gün ərzində 125 milyon qazanc əldə edib.
Araşdırmalara əsasən, “Pokemon Go” oyun istifadəçiləri gün ərzində bu əyləncəyə orta hesabla 26 dəqiqə ayırırlar. Qeyd edək ki, virtual reallıq əsasında hazırlanmış “Pokemon Go” oyununun əsas məqsədi Pokemonu (“Pocket Monster”u) yaxalamaqdan ibarətdir. Pokemonu yaxalamaq üçün oyun istifadəçiləri kücələrə, parklara və çimərliklərə üz tuturlar.
Mənbə:> Trend