Bakıda 24 yaşlı qız özünü asıb
Bakıda intihar olub.
Aznews.info-un APA-ya istinadən verdiyi məlumatına görə, hadisə Xətai rayonu, Qaçaq Nəbi küçəsində yerləşən məcburi köçkünlərin məskunlaşdığı yataqxanada baş verib.
Həmin ünvanda yaşayan Zəngilan rayon sakini, 1992-ci il təvəllüdlü Məhərrəmova Töhfə Həsən qızı özünü asaraq intihar edib.
Faktla bağlı Xətai rayon Prokurorluğunda araşdırma aparılır.
Mənbə:> APA