Sabiq polis rəisinin oğlu yol qəzasında ölüb
Daxili İşlər Nazirliyi (DİN) sabiq polis rəisi Möhübbət Hüseynovun oğlunun törətdiyi qəza ilə bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, avqustun 4-də saat 19 radələrində İmişli rayonunun Allahmədətli kəndində Bakı şəhər sakini Anar Hüseynov idarə etdiyi “Range Rover” markalı avtomobili aşırıb.
Xəstəxanaya yerləşdirilən sürücü orada ölüb.
Faktla bağlı İmişli Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, qəza nəticəsində ölən Anar Hüseynov sabiq polis rəisi, polis polkovniki Möhübbət Hüseynovun oğludur.
00:15
İmişlidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, hadisə avqustun 4-də, axşam saatlarında, Kürdəmir-İmişli magistral yolunnun Allahmədətli kəndi ərazisində qeydə alınıb.
“Range Rover” markalı, “90 EP 003” dövlət nömrə nişanlı avtomobili idarə edən İmişli rayonu Bəcirəvan kəndində Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Hüseynov Anar Möhübbət oğlu sərt döngədə idarəetməni itirərək avtomobili aşırıb.
Avtoqəza nəticəsində sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Qəza nəticəsində dünyasını dəyişən Anar Hüseynov iyunun sonunda daxili işlər naziri general-polkovnik Ramil Usubovun əmri ilə təqaüdə göndərilən Lənkəran ŞRPŞ-nin rəisi polis polkovniki Möhübbət Hüseynovun oğludur.
Faktla bağlı araşdırma aparılır.
Mənbə:> Oxu.az