Yerevanda silahlı dəstə girov saxladığı iki həkimi azad edib
Yerevanda iyulun 17-dən polis post-patrul xidməti alayının binasını ələ keçirən silahlı dəstə üzvləri, girov saxladıqları iki həkimi azad ediblər.
Oxu.Az xəbər verir ki, bu barədə TASS-a bazar günü Ermənistan Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi məlumat verib.
“Həkim Norayr Tevanyan və tibb bacısı Malina Markaryan sərbəst buraxılıblar. Onlar post-patrul xidməti alayının binasından daha bir yaralını çıxarıblar”, - respublikanın Səhiyyə nazirliyinin mətbuat katibi Anait Aytanyan faktı təsdiq edib.
Mənbə:> Oxu.az