Mirşahin ANS-in lisenziyasının ləğvindən danışdı
“Məhkəmənin “ANS Müstəqil Yayım və Media” şirkətinin lisenziyasına xitam verilməsi barədə qərarı ilə razı deyilik. Bu qərardan müvafiq instansiyalara şikayətlə müraciət edəcəyik”.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu “ANS Müstəqil Yayım və Media” şirkətinin baş direktoru Mirşahin Ağayev deyib.
Qeyd edək ki, bu gün Bakı Apellyasiya Məhkəməsində Milli Televiziya və Radio Şurasının “ANS Müstəqil Yayım və Media” şirkətinin lisenziyasının ləğv edilməsi ilə bağlı şikayətə baxılıb. Hakim Ülvi Mayılovun sədrliyi ilə keçirilən iclasda ANS-in lisenziyasına xitam verilməsi ilə bağlı qərar qəbul olunub.
Bildirilib ki, şirkət Ali Məhkəməyə kassasiya şikayəti verə bilər.
Mənbə:> Oxu.az