Türkiyənin müdafiə nazirinin köməkçisi ölkədən qaçıb
Nazir köməkçisi Fəthullah Gülən hərəkatı ilə mübarizə çərçivəsində dindirildikdən sonra Türkiyədən qaçıb.
Türkiyənin müdafiə naziri Fikri İşıkın köməkçisi polkovnik Tevfik Gök ölkədən qaçıb.
Oxu.Az Türkiyənin NTV telekanalına istinadən xəbər verir ki, bunu nazir telekanala verdiyi açıqlamasında bildirib.
Onun sözlərinə görə, köməkçisi Fəthullah Gülən hərəkatı ilə mübarizə çərçivəsində dindirildikdən sonra Türkiyədən qaçıb.
Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.
Mənbə:> Oxu.az