‘Tarqovı’da ‘Starbucks’a qadağa qoyuldu, turist etiraz etdi
Bakının Nizami küçəsində yeni açılan "Starbucks"a qadağa qoyulub.
Azxeber.com-un məlumatına görə, dünyanın ən məşhur brendlərindən olan "Starbucks"ın oturacaqları bu gün günorta saatlarından etibarən yığışdırılıb. Bu zaman qəhvə yerində əyləşən turistlərdən biri bu addıma özünəməxsus şəkildə etiraz edib və deyib ki, qəhvəsini içib qurtarana qədər yerindən durmayacaq, kafe işçiləri də ona etiraz etməyib.
Kafe işçilərinin verdiyi məlumata görə, onlara bu qadağanı icra hakimiyyəti qoyub.
Bakıda turistlərin çox olduğu bir ərəfədə icra hakimiyyətinin nəyə görə belə qadağa qoyduğu maraq doğurur.
Qeyd edək ki, Tarqovıda açıq havada bir çox restoranlar, o cümlədən "Mado"nun iki şəbəkəsi fəaliyyət göstərir.
Mənbə:> Azxeber.com