Bakıda mənzildən qadın meyiti tapıldı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Kriminal

Bakıda mənzildən qadın meyiti tapıldı

Bakıda mənzildən qadın meyiti tapıldı


Bakıda mənzillərdən birində qadın meyiti aşkarlanıb.

Oxu.Az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, paytaxtın Nizami rayonunda 1950-ci il təvəllüdlü İqorovna Larisanın mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri dərhal hadisə yerinə cəlb olunaraq mənzilə baxış keçiriblər və zərərçəkəni huşsuz vəziyyətdə aşkar ediblər. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri ilkin müayinə zamanı L.İqorovnanın vəfat etdiyini müəyyən ediblər.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *