Ermənistanda polis məntəqəsini ələ keçirənlərlə əlbir olan qrup saxlanılıb
Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) Yerevanda polis məntəqəsini ələ keçirən şəxslərlə cinayət əlaqəsində şübhəli bilinən qrupu saxlayıb.
Oxu.Az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə MTX-nin məlumatında deyilir.
Milli Təhlükəsizlik Xidmətinin məlumatına görə, saxlanılan şəxslər əvvəllər törədilən cinayətlərə də yardım göstərib və yeni cinayətləri dəstəkləməkdə davam edir.
“Xüsusilə, məntəqəni işğal edənlər çaxnaşma yaradan və qarşıdurmalara təhrik edən hərəkətləri ilə əlbir olduqları şəxslərə rəhbərlik edirlər. İyulun 21-də Xorenatsi küçəsindəki təcrid olunmuş məntəqəyə qanunsuz olaraq silah, o cümlədən qumbara çatdırmaq istəyən V.Q. həbs olunub. İyulun 22-də həmin yerə Molotov kokteyli olan şüşələri aparmaq istəyən M.A. saxlanılıb”, - deyə Ermənistan MTX-nin məlumatında bildirilir.
Mənbə:> Oxu.az