Bakıda yol polisi təhlükəli anlar yaşatdı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

Bakıda yol polisi təhlükəli anlar yaşatdı – VİDEO

Bakıda yol polisi təhlükəli anlar yaşatdı

Sosial şəbəkələrdə Dövlət Yol Patrul (DYP) əməkdaşlarının digər yol iştirakçılarına qəza şəratinin yaradılmasının görüntüləri yayılıb.

Oxu.Az xəbər verir ki, görüntülərə baxdıqda məlum olur ki, hadisə Bakı-Sumqayıt yolunda – “Şamaxinka”dakı körpünün çıxışında baş verib.

Belə ki, 99 YP 473 dövlət nömrə nişanlı DYP avtomobilində olan yol polisləri taksi sürücüsünü saxlamaq istəyiblər.

Videoda DYP avtomobili saxlamaq istədiyi nəqliyyat vasitəsini yolun kənarına sıxır, onun qarşısına keçərək təhlükəli manevrlər edir və normal hərəkət etməsinə imkan vermir.

Daha sonra taksi sürücüsü sağ zolağa – Biləcəri istiqamətinə doğru hərəkət edir.

Qeyd edək ki, görüntünü çəkən şəxs avtomobilin qəzaya uğradığını iddia edir.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *