Səmra geyimi ilə yenidən gündəmdə – FOTO
Oxu.Az xəbər verir ki, tədbirdə Zülfiyyə Xanbabayeva, Polad Bülbüloğlu, Filip Kirkorov, Aleksandr Revva, Vlad Sokolovski, Artik və Asti dueti, Anita Tsoy, Tomas Neverqrin, “Suxiye” qrupu, Azər Nəsibov, Slava, Loboda, Sati Kazanova, Polina Qaqarina, Səmra Rəhimli və başqaları çıxış ediblər.
Ölkəmizi “Eurovision - 2016” mahnı müsabiqəsində təmsil edən Səmra Rəhimli bu dəfə də açıq-saçıq geyimi ilə fərqlənməyi bacarıb.
Qeyd edək ki, festival Bakıda hər il keçiriləcək. Builki proqram iki gün - 9 və 10 iyul tarixlərində baş tutub. Gələn il “Jara” Beynəlxalq Musiqi Festivalının üç-dörd gün davam edəcəyi gözlənilir.
Mənbə:> Oxu.Az