Azərbaycanlı tələbənin elmi işi ABŞ-da dərsliklərə salına bilər – FOTO
Azərbaycanlı tələbə ABŞ-da "ASAN" Xidməti uğurla müdafiə edib.
AzNews.info Azərbaycanı ABŞ-da uğurla təmsil edən tələbə haqqında məlumatları geniş şəkildə oxucularına təqdim edir:
İsayev Əlikram Tofiq oğlu 07.05.1990, İmişli şəhərində dünyaya gəlmişdir.
2007-2011 Bakı Dövlət Universiteti “Beynəlxalq münasibətlər və beynəlxalq hüquq” fakültəsini fərqlənmə ilə bitirib. 2009-cu ilin iyun-avqust aylarında Harvard Universitetində yay dərsləri proqramında iştirak etmişdir. 2013 yanvar ayından Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatında “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icrasının təhlili işinə cəlb edilmişdir.
Əlikram "2007-2015-ci illər Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" xətti ilə Harvard universiteti C. Kennedi məktəbi, İctimai-Siyasət fakultəsinin magistr dərəcəsinə daxil olmuşdur. Artıq, bu ildə həmin universiteti müvəffəqiyyətlə bitirən Ən Gənc Azərbaycanlı tələbədir. Əlikram İsayev dissertasiyasını “ASAN” Xidmət haqqında yazmışdır.
O, magistr dissertasiyasını “ASAN” xidmətə həsr edərək bu innovativ ictimai xidmət modelini dünyanın ən məşhur Universiteti olan Harvardda təfərrüatı ilə tanıdıb. “ASAN” Xidmətin fəaliyyəti ilə yaxından tanış olan amerikalı alimlər bu xidməti yeni model kimi dəsrliklərə də əlavə etməyi təklif ediblər.
Dissertasiyanın təqdimatı zamanı “ASAN” Xidmətin cəmiyyətə faydalılığı və şəffaflığı amerikalı alimlərin marağına səbəb olub, hətta məşhur Universitetin dərslik proqramına salınmasını da düşünürlər.
“ASAN” xidmətin dissertasiya olaraq Harvard Universitetində təqdimatında sonra həm həmin Universitetdə, həm də Massaçusets ştatının digər Universitetlərinin professorları innovativ xidmət modeli kimi “ASAN” modelindən öz mühazirələrində geniş istifadə ediblər.
Mənbə:> AzNews.info