Həccə gedəcək azərbaycanlı zəvvarlar üçün ayrılan ucuz yerlər dolub
Azərbaycandan bu il Həccə gedəcək zəvvarlar üçün ayrılan ucuz yerlər dolub.
Qafqaz Müsəlmanları İdarəsindən Oxu.Az-a verilən məlumata görə, VİP ziyarət növü üçün isə 60 yer hələlik boş qalıb. Bu yerlərə sənəd qəbulu davam edir.
Bundan başqa, bu il ilk dəfə olaraq sənədləri qəbul olunan zəvvarların xarici pasportları onlara səfərə yola düşən zaman hava limanında zəvvar qrupları rəhbərləri tərəfindən qaytarılacaq.
Qeyd edək ki, aprelin 1-dən Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulu başlayıb.
Son qərara əsasən, azərbaycanlı zəvvarlara yalnız Ramazan bayramından sonra vizaların verilməsi mümkün olacaq. Bu il ilk dəfə olaraq azərbaycanlı zəvvarlar Həccə yalnız biometrik pasportla gedə biləcəklər.
Ziyarət Azərbaycandan sentyabrın 2-də başlayacaq, 18-də geri dönüş olacaq.
Mənbə:> Oxu.Az