Brejnevin razılığı ilə buraxılan avtomobil 100 minə satılır – FOTO
Bakıda 100 min manata 1979-cu il istehsallı maşın satılır.
Baku.ws-in məlumatına görə, "Sport Minik" markalı maşının mühərriki 1,2 L. gücündədir. Bu vaxta qədər cəmi 20 min sürülən avtomobilin əl işi olduğu bildirilir.
Avtomobilin sahibi iddia edir ki, maşın daşdan yığılıb. SSRİ dövlət, siyasi, hərbi və partiya xadimi Leonid İliç Brejnevin razılığı əsasında istehsal olunan maşından dünyada yalnız bir ədəddir. Avtomobilin sahibi bildirir ki, "Sport Minik" retrodur və bu barədə 70-ci illərdə istehsal olunan jurnaldan məlumat əldə etmək mümkündür.
Mənbə:> Baku.ws