Maşın bazarında 60 dükan yanıb » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Video

Maşın bazarında 60 dükan yanıb – VİDEO

Maşın bazarında 60 dükan yanıb


Dünən axşam saatlarında Bakının Babək prospektində fəaliyyət göstərən Maşın bazarında baş verən yanğın nəticəsində sahibkarlara külli miqdarda ziyan dəyib.

Bu barədə Trend-ə bazardakı sahibkarlar məlumat verib.

Sahibkarlar bildiriblər ki, hadisə nəticəsində bazarda olan 3 ticarət çərgəsinin birinci sırası tam, ikinci sıranın isə bir hissəsi yanıb:

"Hadisə nəticəsində 60-dan çox mağaza və köşk tamamilə yanıb. Həmin sıradan heç nə çıxarmaq mümkün olmayıb. Ümumilikdə, 1000 kvadratmetrə yaxın ərazidəki bütün mağazalar yanıb."

Qeyd edək ki, dünən axşam saatlarında Bakı şəhəri, Nizami rayonundakı maşın bazarında mağazalardan birində güclü yanğın baş vermişdi. Hadisə yerinə 5-dən çox yanğınsöndürən avtomobil və qüvvə cəlb olunmuşdu.

Fövqəladə Hallar Nazirliyinin baş vermiş yanğın hadisəsi ilə bağlı ötən gün yaydığı məlumatda bildirilirdi ki, Bakı şəhəri, Nizami rayonu, maşın bazarında mağazalardan birində baş vermiş yanğın saat 22:59-da söndürülüb.


Mənbə: Trend
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *