“20 Yanvar” metro stansiyasının bir girişi bağlanır » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

“20 Yanvar” metro stansiyasının bir girişi bağlanır

“20 Yanvar” metro stansiyasının bir girişi bağlanır

“20 Yanvar” metro stansiyasının I vestibülü iyulun 1-dən etibarən sərnişinlərin giriş-çıxışı üçün müvəqqəti bağlanacaq. II vestibül (“Azərsu” ASC, Respublika Velotreki, Moskva prospekti, Diaqnostika Mərkəzi istiqaməti) isə əvvəlki qaydada sərnişinlərin giriş-çıxışı üçün açıq olacaq.

Bu barədə məlumatı Oxu.Az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev verib.

Onun sözlərinə görə, “20 Yanvar” metro stansiyasının I vestibülündə quraşdırılmış 3 ədəd ET-5 tipli eskalator istismar müddətini başa vurub və dəyişdirilməlidir.

“Bunun üçün stansiyanın I vestibülü sərnişinlərin giriş-çıxışı üçün bağlanmalıdır. I vestibül bağlı olsa da, keçid piyadalar üçün açıq olacaq. Yəni, sakinlər keçiddən istifadə etməklə Zərdabi küçəsini bir tərəfdən digər tərəfə keçməkdə hər hansı problemlə üzləşməyəcəklər”, - deyə N.Paşayev əlavə edib.
“20 Yanvar” metro stansiyasının bir girişi bağlanır

“20 Yanvar” metro stansiyasının bir girişi bağlanır

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *