Ölkəni təşvişə salan məxluqlar kimlərdir? » AzNews.info -Xəbər portalı

Ölkəni təşvişə salan məxluqlar kimlərdir? – VİDEO

Ölkəni təşvişə salan məxluqlar kimlərdir?


Ağdaş rayonunun Qoşaqovaq kəndinin sakinləri təşviş içindədir. Qadın və uşaqlar hava qaralan kimi həyətə çıxmağa belə qorxurlar.

Onlar iddia edir ki, kim olduqları bilinməyən insanlar qəribə geyimlərdə həyətlərə girir, gozə görünüb yoxa çıxırlar. İnsanların təşvişə düşməsinə səbəb son 20 gündə kənddə qəribə insanların peyda olmasıdır. Həmin şəxslər həyətlərə girərək sanki nə isə axtarırlar. Hər hansı birini görən kimi isə qaçıb yoxa çıxırlar. Kənd sakinlərində o qədər qorxu yaranıb ki, həmin adamların 3 metrden artıq boyunun və uzun saqqallının olması barədə söz-söhbətlər gəzir.
Qoşaqovaq kənd bələdiyyəsinin sədri Xəlil Xəlilov deyir ki, sakinlərin gözünə görünən bu insan təhlükəsiz olsa da, əhalini qorxu içərisində saxlayır. Bələdiyyə sədrinin sözlərinə görə, indiyə qədər heç kimə xəsarət yetirilməyib və heç kimin evindən oğurluq edilməyib.

Məsələ ilə bağlı Ağdaş Rayon Polis şöbəsinə də məlumat verilib. Polis əməkdaşları kəndə baxış keçirib, lakin heç bir qəribəlik aşkar edə bilməyib. Şöbədən bildirilib ki, müraciətlər əsasında ətraflı araşdırma aparılır.


Mənbə: XəzərXəbər
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *