2015-in ilk gününə hava proqnozu
Yanvarın 1-də Bakı və Abşeron yarımadasında az yağıntı hava olacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, yanvarın 1-də Bakıda və Abşeron yarımadasında tutqun hava şəraiti üstünlük təşkil edəcək. Axşam saatlarında az yağıntı olacağı gözlənilir. Arabir güclənən şimal küləyi günün ikinci yarısında mülayimləşəcək.
Bakıda və Abşeron yarımadasında temperatur gecə 2, gündüz 4 dərəcəyədək isti təşkil edəcək.
Yanvarın 1-də rayonlarda da hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Bəzi yerlərdə yağıntı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı olunur. Şərq küləyi əsəcək.
Temperaturun aran rayonlarında gecə 0-5 dərəcə isti, gündüz 7-12 dərəcə isti, dağlıq rayonlarda gecə 2-7 dərəcə şaxta, bəzi yerlərdə 2 dərəcəyədək isti, gündüz 0-4 dərəcə isti olacağı gözlənilir.
Mənbə:> ANSPRESS