Cütlüklərin ayrılığı üçün təhlükəsiz müddət açıqlandı
Kişilər həyat yoldaşlarından ayrı düşdükləri 9-cu gündə nikahdankənar əlaqələrə meyilli olurlar.
Oxu.Az xəbər verir ki, bu barədə Lenta.ru-ya verdiyi müsahibəsində Sorbonna Universitetinin professoru Aleksandr Poleev bildirib.
“Seksoloqlar doqquzunci gün sindromu barədə bilirlər. Ərinizlə bir yerdə yaşayırsınız, bir yataqda yatırsınız. Və seksual əlaqəyə girmədiyiniz halda belə, onda erreksiya olur. Amma uzun müddət yanında heç kim olmadıqda, cismi əlaqə olmadıqda kişida ixtişaş yaranır”, - Poleev izah edib.
Seksoloq qeyd edir ki, bu problemi həll etmək üçün kişilər adətən köhnə tərəfdaşları ilə əlaqəyə girirlər.
Poleevin sözlərinə görə, tədqiqatlar göstərib ki, nikah andını orta hesabla kişilərin 74%-i, qadınların isə 33%-i pozur.
Seksoloq, həmçinin Rusiyada ər-arvad xəyanətinin pik dövrünü yay ayları olduğunu bildirib. Bunu iqlim xüsusiyyətləri ilə əlaqələndirirlər.
Mənbə:> Oxu.Az