Azərbaycanın məşhur qəsəbəsi yox olmaq təhlükəsində – VİDEO
1932-1933-cü illərdə İsmayıllı rayonunun mərkəzi olan, sonradan isə qəsəbə statusu alan Basqal qəsəbəsi tərkedilmək təhlükəsi ilə üz-üzə qalıb.
AzNews.info Region TV-yə istinadən xəbər verir ki, qala və məscidləri ilə çox məşhur olan Basqal qəsəbəsində ən çox istirahət üçün gələn insanlara rast gəlmək olur.
Yerli sakinlərsə qetdikcə azalır. Yaşayış evlərinin əksəriyyətinin qapıları bağlı qalıb. Kənd sakinləri də vəziyyətdən narahatdır.
Hazırda qəsəbədə 1600 nəfərə yaxın əhali var. Məktəblərdə əvvəllər 1000 nəfərə yaxın şagird təhsil alırdısa, indi 105 şagird var. Belə davam edərsə qəsəbə tamamilə boşala bilər.
Mənbə:> Region TV