Gürcüstanda jurnalist reportaj zamanı çayda boğulub
Gürcüstanın GDS teleşirkətinin əməkdaşı Zviad Txelidze bədbaxt hadisə nəticəsində dünyasını dəyişib.
Oxu.Az İnterfax-a istinadən xəbər verir ki, Txelidze Deşet rayonundan reportaj hazırlayırdı.
Jurnalist Xad kanyonunda çəkiliş aparatını dağ çayına salıb və onu götürmək istəyəndə özü də suya düşüb.
Axtarışlara 50 xilasedici cəlb edilib. Onlar bu gün səhər saatlarında Txelidzenin cəsədini aşkarlayıblar.
Mənbə:> Oxu.Az