Üç gün iş olmayacaq
28 May - Respublika Günü ilə əlaqədar olaraq, mayın 30-da ölkədə qeyri-iş günü olacaq.
Oxu.Az-ın məlumatına görə, 28 may şənbə gününə təsadüf etdiyi üçün iş və istirahət günlərinin yerləri dəyişdiriləcək, beləliklə 30 may qeyri-iş günü olacaq.
Qeyd edək ki, Əmək Məcəlləsinə əsasən, bayramlar şənbə və bazar günlərinə düşərsə, növbəti həftənin ilk iş günü istirahət günü hesab olunur.
Bununla da beşgünlük qrafiklə çalışanlar üç - şənbə, bazar və bazar ertəsi günü, altı gün işləyənlər isə 29-30 may tarixlərində istirahət edə biləcəklər.
Mənbə:> Oxu.Az