Nəsrin Cavazadə: Kişilər məndən üzr istəyir
Türkiyədə yaşayıb fəaliyyət göstərən azərbaycanlı aktrisa Nəsrin Cavadzadə “Hürriyet” qəzetinə müsahibəsində kişilərin ona çılpaq fotolar göndərdiyini və şəxslərin adlarını açıqlamaq şərtilə, həmin şəkillərdən ibarət sərgi açacağını söylədikdən sonra üzr dolu ismarışlar almağa başlayıb.
Oxu.Az xəbər verir ki, aktrisa bu haqda İnstaqramda yazıb:
“Dünən çox təəccübləndirici bir şey oldu. Bu gün də çoxalmaqdadır. Sosial şəbəkədə minlərlə üzr mesajları almışam. Günahı olmayan və hörmətsizlik etməyən kişilər həmcinsləri adından məndən üzr istəyirlər.
Bütün mesajları oxumaq mümkün deyil, ancaq “Çox utandıq”, “Çox təəccübləndik” tipli mesajlar yazırlar. Əziz kişilər, təəccüblənməyin.
Bir qadın adıyla özünüzə hesab açın, iki gözəl foto yerləşdirin. Sonra hər şeyin şahidi olacaqsız. Deməli, insanlıq hələ ölməyib, ümid var. Gözəl anaların gözəl oğullarına təşəkkürümü bildirirəm”.
Mənbə:> Oxu.Az