Hacıqabulda qadın özünü yandırdı
Hacıqabulda 75 yaşlı qadın özünü yandırıb.
AzNews.info xəbər verir ki, APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Hacıqabul rayon sakini, 1941-ci il təvəllüdlü B.İbrahimov küçəsi, ev 1/6 ünvanında yaşayan Kərimova Püstə Xələf qızı özünü yandırmaqla intihar etməyə cəhd edib.
O, bədənin 90 faizinin termik yanığı, yanıq şoku ilə adonal vəziyyətdə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirlib.
Eyni zamanda həkimlər xəstənin sol döş qəfəsi nahiyəsində kəsilmiş-deşilmiş yara da aşkar ediblər. Hal-hazırda həkimlər xəstənin vəziyyətini kritik qiymətləndirir. Hadisənin hansı səbəbdən baş verməsi hələlik müəyyən edilməyib.
Faktla bağlı Hacıqabul prokroluğunda araşdırma aparılır.
Mənbə:> APA