Bank kartlarından pul oğurlayan şəxs tutulub » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Kriminal

Bank kartlarından pul oğurlayan şəxs tutulub

Bank kartlarından pul oğurlayan şəxs tutulub

Ölkədə qanunsuz olaraq bank müştərilərinə məxsus kartlardan qanunsuz yolla pul çıxaran şəxs saxlanılıb.

ANS PRESS-in məlumatına görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı 30-a yaxın vətəndaşın bank kartlarından xüsusi kiberproqramlar vasitəsilə külli miqdarda pul vəsaitlərini mənimsəyən Göygöl rayon sakini İbrahim Məmmədzadə tutulub. Kiberoğru əməllərini ode.az, hesab.az, apus.com, e-pul.az, gpen.com və s. ödəniş saytları vasitəsilə həyata keçirib.

Saxlanılan şəxs törətdiyi əməli etiraf edib. İ. Məmmədzadə bildirib ki, o informasiya texnologiyaları sahəsində olan xüsusi biliklərindən istifadə edərək internet vasitəsilə onlayn bank əməliyyatları aparan vətəndaşların ödəmə sistemindəki kart göstəricilərinin məlumat bazalarına qanunsuz daxil olub. Sonra onların rekvizitlərini əldə edib.

Daha sonra İbrahim Məmmədzadə həmin şəxslərin hesablarında olan pulları qeyd olunan onlayn ödəniş saytları vasitəsilə bu məqsəd üçün yaratdığı hesablara köçürərək nağdlaşdırıb. İbrahim Məmmədzadənin istifadə etdiyi kompüterlərə baxış zamanı elektron sübutlar və iş üçün əhəmiyyət kəsb edən digər dəlillər müəyyən edilərək götürülüb.

Fakta bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb. İbrahim Məmmədzadənin başqa bu kimi əməllərinin olub-olmaması araşdırlır.

Bank kartlarından pul oğurlayan şəxs tutulub


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən keçirilən xüsusi tədbirlər nəticəsində müəyyən olunub ki, Bakı şəhər sakinləri Rüstəm Ənsərov və Firudin Ələkbərov banklarda olan kredit borclarını qanunsuz olaraq bağlamaq məqsədi ilə informasiya texnologiyaları sahəsində xüsusi biliklərə malik olan paytaxt sakini Mədət Əliyevlə cinayət əlaqəsinə girərək kiberqrup yaradıblar.

M.Əliyev isə öz növbəsində xarici ölkələrdə qanunsuz fəaliyyət göstərən haker qrupları ilə internet vasitəsilə əlaqə saxlayaraq onların texniki dəstəyindən istifadə etməklə Argentina Respublikasının “Banko Frances” və Bolqarıstanın “CİA” banklarının müştəri məlumat bazalarına kibercinayətlərdə istifadə olunması üçün nəzərdə tutulan xüsusi proqramlar vasitəsilə qanunsuz müdaxilələr edib.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *