“An-12” təyyarəsində yaralanan ukraynalıların vəziyyəti sabitləşib » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Səhiyyə

“An-12” təyyarəsində yaralanan ukraynalıların vəziyyəti sabitləşib

“An-12” təyyarəsində yaralanan ukraynalıların vəziyyəti sabitləşib


Azərbaycanın “SilkWay” aviaşirkətinə məxsus “An-12” təyyarəsinin mayın 18-də Dvayer aeroportunda (Əfqanıstanın Hilmend vilayəti) qəzaya uğraması nəticəsində yaralanan iki Ukrayna vətəndaşının vəziyyəti sabitləşib.

Onların hər ikisi Qəndəhar vilayətindəki hərbi hospitaldadırlar.

Oxu.Az İnterfaksa istinadən xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin konsulluq xidməti departamenti məlumat yayıb.

“Ukraynanın eyni zamanda Əfqanıstanda fəaliyyət göstərən Tacikistandakı səfirliyinin məlumatına görə, Azərbaycanın “SilkWay” aviaşirkətinə məxsus “An-12” təyyarəsinin mayın 18-də Dvayer aeroportunda (Əfqanıstanın Hilmend vilayəti) qəzaya uğraması nəticəsində yaralanan iki Ukrayna vətəndaşının vəziyyəti sabitləşib.

Onlar Qəndəhar vilayətindəki hərbi hospitaldadırlar”, - Facebook səhifəsində dərc edilmiş məlumatda deyilir.

Hazırda həmin iki şəxsin və hadisə zamanı həlak olmuş bir Ukrayna vətəndaşının ölkəsinə aparılması ilə bağlı məsələlər həll edilir.

Ukraynanın eyni zamanda Əfqanıstanda fəaliyyət göstərən Tacikistandakı səfirliyi və Ukrayna XİN-in konsulluq xidməti departamenti xəsarət alan ukraynalı pilotların ailələri ilə əlaqədardır.

Xatırladaq ki, mayın 18-də “SilkWay” şirkətinə məxsus yük təyyarəsi Əfqanıstanda qəzaya uğrayıb. Təyyarənin 9 ekipaj üzvündən 7-si (o cümlədən bir Ukrayna vətəndaşı) həlak olub və iki nəfər (Ukrayna vətəndaşları) sağ qalıb.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *