Qələbə Gününə olan hava proqnozu açıqlandı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Qələbə Gününə olan hava proqnozu açıqlandı

Qələbə Gününə olan hava proqnozu açıqlandı


9 may Qələbə Günü Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Oxu.Az-a verilən məlumata görə, gündüz yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir.

Şimal küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 10-14, gündüz 18-22, Bakıda gecə 12-14, gündüz 19-21 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 50-60 faiz təşkil edəcək.

Mayın 9-da Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Yağış gündüz tədricən kəsiləcək. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15, gündüz 20-25, dağlarda gecə -3-8 , gündüz -14-19 dərəcə isti olacaq.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *