"WhatsApp"dan çoxlarının işinə yarayacaq yenilik » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

"WhatsApp"dan çoxlarının işinə yarayacaq yenilik – FOTO

"WhatsApp"dan çoxlarının işinə yarayacaq yenilik


Ani mesajlaşma xidməti "WhatsApp"a daha bir yenilik əlavə edilib. ANS PRESS-in məlumatına görə, ötən ay sənədlərin transferinə icazə verən "WhatsApp" artıq zip qovluqların da göndərilməsini mümkün edib.

Mobil proqram tətbiqi vasitəsilə yaxın zamanlarda təkcə PDF faylları deyil, eyni zamanda zip qovluqları da telefon kitabçasında olan şəxslərə göndərmək mümkün olacaq.

Yeniliklər ilk olaraq beta rejim istifadəçiləri tərəfindən test ediləcək. Bir müddət sonra bütün android və iOS istifadəçilərinə təqdim ediləcək.

"WhatsApp" daha bir yeniliyə imza atıb. Artıq istifadəçilər qalın və kursiv yazı şriftlərindən istifadə edə biləcəklər. Beta yenilənmədən sonra istifadəçilər tədricən bu yenilikdən istifadə etməyə başlayacaqlar. Mesajlaşma xidməti istifadəçiləri qalın və kursiv şriftlərdən başqa, həm də üzərində xətt çəkilmiş mesaj mətnləri yaza biləcəklər.

Müəyyən işarələrdən istifadə etməklə buna nail olmaq mümkündür.

Qalın şriftlərlə yazmaq üçün sözün əvvəlində və sonunda ulduz işarəsi (*), kursiv hərflərlə mesaj göndərmək üçün isə aşağıdan xətt (_) qoymaq lazımdır.

Üzərindən xətt çəkilmiş mətn yazmaq üçün təqribi bərabərlik (~) işarəsini qoymaq kifayət edəcək.
"WhatsApp"dan çoxlarının işinə yarayacaq yenilik

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *