Bakıda daha bir sahibkar intihar etdi » AzNews.info -Xəbər portalı

Bakıda daha bir sahibkar intihar etdi – VİDEO

Bakıda daha bir sahibkar intihar etdi


Bakının Nərimanov rayonunda sahibkar öz obyektində intihar edib. ANS PRESS-in məlumatına görə, “Dortek” mağazalarının sahibi olan 38 yaşlı Bilal Aslanovun səhər saatlarında özünü asaraq həyatına son qoyub.

Bildirilir ki, intihar edən Bilal Aslanov adəti üzrə səhər saatlarında mağazanın özü açıb. Daha sonra obyektə gələn işçilər onun zirzəmidəki anbarda özünü asdığını müəyyənləşdiriblər.

İntiharın səbəbləri hələlik bəlli olmasa da, onun özünə qəsdini biznesi ilə bağlayırlar. İş adamının biznesinin son vaxtlar xeyli zəiflədiyi deyilir. O, Təbriz küçəsində də yeni mağaza açsa da, planlaşdırılan gəlirlilik əldə edilməyib.

Hazırda rayon prokuroruluğu hadisə ilə bağlı araşdırmalarını davam etdirir. Mağaza isə müəyyən tarixə kimi bağlanıb.

Bundan əvvəl də Azərbaycanda maliyyə problemləri səbəbindən intihar edərək dünyasını dəyişənlər olmuşdu.


Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *