Rayon maşınları üçün yaradılan dayanacaq ərazisində geniş çatlar və çökmə yaranıb » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

Rayon maşınları üçün yaradılan dayanacaq ərazisində geniş çatlar və çökmə yaranıb

Rayon maşınları üçün yaradılan dayanacaq ərazisində geniş çatlar və çökmə yaranıb


Rayon qeydiyyatında olan avtomobillərin saxlanması üçün paytaxtın şimal girişində tikilən dayanacağın ərazisində geniş çatlar və çökmə əmələ gəlib. ANS PRESS-in məlumatına görə, dayanacağın girişində yaranan bu çatların və çöküşün miqyası kifayət qədər genişdir.

Ərazidə iş aparan vətəndaşların dediklərinə görə, yaranan bu çatlar və çöküntü günbəgün daha da böyüyür: "Dayanacaq təzə tikildiyi vaxtlarda bu çatlar yox idi. Çökməni də görmək mümkün deyildi. Bütün bunlar vaxt keçdikcə yarandı və daha da genişləndi. Görünən odur ki, çat hər gün bir az daha böyüyür. Bizi narahat edən məqam ondan ibarətdir ki, bir müddətdən sonra bu çatlar daha da böyüyəcək və təhlükəli hal alacaq. Ona görə də vaxtında qarşısı alınsa yaxşı olar".

Dayanacağa məxsus olduğu Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Kamran Əliyev məsələ bağlı ANS PRESS-ə açıqlama verərək bildirdi ki, həmin dayanacağın tikintisi ilə onun təmsil etdiyi qurum məşğul olmayıb: "Bizim yol çəkmək, asfalt salmaq üçün texnikamız yoxdur. Bu məsələyə Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) cavabdehdir. Təmir-tikinti işlərinin bizim idarəyə heç bir aidiyyatı yoxdur. Düzdür bizim qurum həmin ərazidən dayanacaq kimi istifadə edir. Ancaq digər məsələlər bizim səlahiyyətimizdə deyil".

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin əsaslı tikinti və təmir şöbəsi ilə əlaqə saxladıq. Şöbədən bildirdilər ki, dayanacaqların təmir və tikintisinə şəhər təsərrüfatı, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin cavabdeh olduğunu bildirdilər. Şöbədən isə məsələnin həlli üçün icra hakimiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsi ilə əlaqə saxlamalı olduğumuz bildirildi. İctimaiyyətlə əlaqələr şöbəsi isə öz növbəsinə əksər hallarda olduğu kimi, yenə də, zənglərimizi cavablandırmadı.

Maraqlı məqam ondan ibarətdir ki, dayanacağın açılmasının hələ bir ili belə tamam olmasa da, orada çatlar əmələ gəlib. Bakı Şəhər İcra Hakimiyyətinin üzərinə düşən ondan ibarətdir ki, bu çatların qarşısını vaxtında alsın. Əks halda avtovağzal ərazisində yaşanan vəziyyətin burada da təkrarlanacağı istsna deyil. BŞİH-in şöbələri problemin həllini bir-birinin üzərinə atacağına, onun həlli üçün müvafiq tədbirlər görməlidir.

Rayon avtomobillərinin paytaxta buraxılmaması lahiyəsi ilk dəfə Birinci Avropa Oyunları zamanı tətbiq edilməyə başlanıb. Oyunlara görə iyunun 1-dən 30-dək rayon qeydiyyatında olan avtomobillərin paytaxta girişinə qadağa qoyulmuşdu.

Bu avtodayanacaqlardan biri Bakı-Quba-Rusiya Federasiyası sərhədi avtomobil yolunun 17-ci kilometrliyində yerləşən və “VAZ yol qovşağı” adlanan sahədə, digəri isə Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 15-ci kilometrliyində, Lökbatan qəsəbəsi yaxınlığında yaradılıb.

Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının qərarına əsasən, sentyabrın 15-dən Bakı qeydiyyatında olmayan avtomobillər səhər saat 07:00-dan axşam saat 21:00-a qədər paytaxta buraxılmamalıdır. Yay rejiminə keçid zamanı isə səhər saat 07:00-dan axşam saat 22:00-dək yük və rayon qeydiyyatında olan minik avtomobillər paytaxta buraxılmır.

Göründüyü kimi, hökumət tərəfindən paytaxtdakı sıxlığı aradan qaldırmaq üçün müsbət bir addım atılıb və bu iş üçün kifayət qədər məbləğ ayrılıb. Lakin burada hələ də bəzi problemlər var. Yəni polislər avtomobilləri dayanacağa yönləndirsələr də bu kifayət etmir. Onlar dayanacağın düz qarşısından keçərək şəhərə girişə imkan verən ara yollarla da nəzarəti gücləndirməlidirlər. Çünki bu baş vermədiyi təqdirdə polis əməkdaşlarının qarlı havada yol qırağında dayanaraq avtomobilləri dayanacağa istiqamətləndirməsinin nəticəsi olmur.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *